速報APP / 圖書與參考資源 / Cümə Surəsi (Səsli)

Cümə Surəsi (Səsli)

價格:免費

更新日期:2018-09-29

檔案大小:7.4M

目前版本:2.0

版本需求:Android 4.0 以上版本

官方網站:mailto:Androazeri2017@gmail.com

Email:https://yeniliklerhaqqinda.blogspot.com/2019/03/privacy-policy27.html

聯絡地址:Nural İsmayilov, Azerbaijan

Cümə Surəsi (Səsli)(圖1)-速報App

Cümə Surəsi Səsli olaraq dinləyə və Görüntülü olaraq izləyə bilərsiniz

Cümə surəsi səsli

Cümə Surəsi Görüntülü

Cümə Surəsi Ərəb dilində

Cümə Surəsi (Səsli)(圖2)-速報App

Cümə Surəsi Azərbaycan dilidə

Cümə Surəsi Transkripsiya oxunuşu

"Cümə” surəsi müqəddəs Quranın 62-ci surəsidir, 11 ayəsi vardır və Mədənidir (Mədinədə nazil olub). Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: "Hər kim "Cümə” surəsini qiraət edərsə, Allah cümə namazında iştirak edənlərin on bərabərinin və həmçinin o kəslərin ki, müsəlman şəhərlərində cümə namazına getmirlər, onların sayı qədər ona həsənə əta edər”.

İmam Sadiq (ə) buyurur: "Hər kim bu surəni cümə gecəsində oxuyarsa, iki cümə arasında günahların kəffarəsi olar”.

Cümə Surəsi (Səsli)(圖3)-速報App

İmam Baqir (ə) buyurur: "”Cümə” və "Münafiqun” surələrini oxuyun, çünki bu iki surəni cümə gününün səhəri, zöhrü və əsri oxumaq sünnətdəndir”.

İmam Sadiq (ə) buyurur: "Hər bir möminə lazım və layiqlidir ki, əgər bizim davamçımızdırsa, "Cümə” və "Əla” surələrini cümə gecəsində oxusun və cümə gününün zöhründə "Cümə” və "Münafiqun” surəsini oxusun. Hər kim belə edərsə, ona bənzəyir ki, Allah peyğəmbərinin əməli kimi əməl etmişdir. İşlərinin savabı ancaq behiştdir”.

İmam Baqir (ə) buyurur: "Allah "Cümə” surəsinin vasitəsilə möminləri əziz tutmuşdur. Allah Rəsulu (s) "Cümə” surəsini möminlər üçün müjdə və "Munafiqun” surəsini isə münafiqlər üçün qınama qərar vermişdir. Ona görə də bu iki surəni oxumağı cümə namazında tərk etməyin”.

Qorxulu işləri uzaqlaşdırmaq. Hər kim hər gecə və ya gündüzdə "Cümə” surəsini oxuyarsa, qorxduğu şeydən amanda olar. Hər bir qorxulu olanı ondan uzaqlaşdırar. Hər kim "Cümə” surəsinin qiraətini davamlı edərsə, ona böyük bir əcr nəsib olar. Qorxduğu hər şeydən amanda olar.

Cümə Surəsi (Səsli)(圖4)-速報App

Şeytan vəsvəsəsini uzaqlaşdırmaq. İmam Sadiq (ə) buyurur: "Hər kim gecələr və ya gündüzlər "Cümə” surəsini qiraət edərsə, şeytan vəsvəsəsindən amanda olar. Allah həmin günün günahını bağışlayar”.

Azərbaycan Qurani Kərim Dualar Ayetul kursi

Cümə Surəsi (Səsli)(圖5)-速報App